NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qətər İraqa ölkənin bərpası üçün 1 milyard dollar verəcək

Oxundu: 188
Qətər İraqa ölkənin bərpası üçün 1 milyard dollar verəcək

Qətər Əmiri Tamim bin Həməd Əl Tani İraq Prezidenti Bərham Saleh ilə danışıqlar zamanı əmirliyin İraqın infrastrukturunun bərpasına 1 milyard dollar sərmayə ayırmağa hazır olduğunu təsdiqləyib.

  

"İslaminSesi” -  RİA "Novosti"-nin verdiyi məlumata görə bu barədə Qətər Xarici İşlər Nazirliyinin informasiya ofisindən bildirilib.

 

Qeyd edək ki, İraq Prezidenti yanvarın 9-dan etibarən Qətərdə rəsmi səfərdədir, o, bu gün Qətərin hökumət üzvlərinin iştirakı ilə Əmir Sarayında təntənəli naharda iştirak edəcək.

 

Bundan əlavə, iki ölkənin liderləri iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün Qətərin Həməd limanı ilə İraqın Umm Qəsr limanı arasında birbaşa gəmi marşrutununun işə salınmasına dair razılaşma əldə ediblər.(Report)

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system