NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İki azərbaycanlı Kiyevdən deportasiya edildi

Oxundu: 244
İki azərbaycanlı Kiyevdən deportasiya edildi

Kiyevin “Julyanı” aeroportunda təyyarə ilə Bakıdan Kiyevə gələn üç nəfər saxlanılıb. Onlardan ikisi Azərbaycan, biri Rusiya vətəndaşıdır.

"İslaminSesi.info" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

 

Bildirilib ki, həmin şəxslər Ukraynaya gəlmə səbəblərini açıqlaya bilməyiblər. Bu zaman Rusiya vətəndaşı sərhədçilərə 200 dollar rüşvət təklif edib ki, onları ölkəyə buraxsınlar. 

 

Məsələ ilə əlaqədar Rusiya vətəndaşı saxlanılıb. Onun barəsində cinayət işi açılıb. 

Azərbaycanlıların isə Ukraynaya girişinə üç illik məhdudiyyət qoyulub. Onlar növbəti reyslə Kiyevdən Bakıya deportasiya edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system