NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Cəmadiul-əvvəl ayı daxil oldu – Ayın mənası və mühüm hadisələri

Oxundu: 694
Cəmadiul-əvvəl ayı daxil oldu – Ayın mənası və mühüm hadisələri

Hicri-qəməri tarixi ilə bu gün 1440-ci ilin cəmadiul-əvvəl ayının biridir.

 

Bu ayda İslam tarixində hansı hadisələr baş verib?

 

 

İslaminSesi - Cəmadiul-əvvəl hicri-qəməri tarixinin beşinci ayıdır. Cəmadiul-əvvəl və Cəmadius-sani ayının belə adlanması bu ayda kəskin soyuqların keçməsi, bəzi yerlərdə şaxtanın əmələ gəlməsi və buz bağlaması ilə bağlıdır.

 

İslam tarixində bu ayda baş verən mühüm hadisələrdən biri də, islam dünyasının tarixində baş vermiş ilk daxili muharibə yəni Cəməl döyüşünə işarə etmək olar.

 

 

Bu acı hadisə Peyğəmbərin (s) göstərişlərindən çıxan, möminlərin əmiri həzrət Əliyə qarşı üsyan edən nəfslərinə tabe olmayan bir qrup insanın əməli nəticəsində baş verdi. İmam Əli Hicrətin 36-cı ilində Cəmadiul-əvvəlin 10-da baş verən bu hadisənin qarşısını almaq üçün qarşı tərəfə çoxlu sayda qasid göndərdi və onları olduqları yerə qayətmağa tövsiyə etdi. Amma “Əli ilə bizim aramızda yalnız qılınc hakimlik edəcək” deyənlər beləcə islam ümmətində ilk daxili muharibəni başlayan oldular.

 

Cəmadiul-əvvəlin -5-i isə Kərbəla qiyamının carçısı və o məktəbi davam etdirən həzrət Zeynəbin (s) mövlud günüdür.

 

Hüznlü Fatimiyyə günləri də bu aya təsadüf edir. Həzrət Fatimeyi-Zəhranın (s) şəhadət günləri ərəfəsi Cəmadiul-əvvəl-in 13-23 -ə təsadüf edir.

 

Həmçinin bunlarla yanaşı İslam tarixində bir çox hadisələr baş verib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system