NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Amerikalıların təhdid və sözlərinə fikir verməyin, mötəbər deyillər” – Ayətullah Xamenei

Oxundu: 220
 “Amerikalıların təhdid və sözlərinə fikir verməyin, mötəbər deyillər” – Ayətullah Xamenei

Ayətullah Xamenei Qum şəhərinin ictimaiyyət nümayəndələrini qəbul edərkən, ölkə rəsmilərinə Amerikanın İrana qarş siyasəti ilə bağlı yeni göstərişlər verib.

 

 “Amerikalıların təhdid, söz və imzalarına fikir verməyin, onlar mötəbər deyillər. Yolunuzu ağıl və məntiqlə seçin. Qəti qərarla addımlayın, ölkənin daxili gücünə arxalanın.”

 

“İslaminSesi” FarsNews-a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.

 

İran İslam İnqilabının Ali lideri ölkə rəsmilərinə Amerikanın təhdidləri qarşısında şücaətli və ağıllı davranmağı tövsiyə edərək deyib:

“Amerikalıların təhdidləri qarşısında şücaətli və ağıllı davranın. Gördüyünüz kimi aidiyyatı olmayan şeylərdən və təlxəklər kimi danışırlar. Onlar deyir ki, İran gərək insan haqlarını Səudiyyədən öyrənsin”

 

Amerikalıların İranla bağlı proqnozlarının həmişə yalan çıxdığını deyən Ayətullah Xamenei, 1977-ci ildə Amerika prezidentinin İranla bağlı gerçəkləşməyən fikrini və Con Boltonun 2019-un yanvarında İranda qələbəni qeyd etməklə bağlı vədini xatırladıb.

 

“Sanksiyalar ölkəyə və camaata təzyiq göstərir. Amerikalılar sevinclə deyirlər ki, bu sanksiyalar İranın tarixində ən şiddətlidir. Doğrudur, bundan öncə belə olmayıb. İnşaallah onların bu dəfəki məğlubiyyəti də öncəkilərdən fərqli olacaq.” deyə Ayətullah Xamenei bildirib ki Amerikanın İrana qarşı yeni sanksiya siyasəti də qabaqkıları kimi səmərəsiz qalacaq.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system