NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Zəlzələlərin çoxaldığı bir vaxtda Allaha belə sığının – İmam Baqir (ə)

Oxundu: 396
Zəlzələlərin çoxaldığı bir vaxtda Allaha belə sığının – İmam Baqir (ə)

İmam Muhəmməd Baqir (ə) 5-ci imamdır.

“İslaminSesi” – Dünya həyatı çətinlik və iztirabla doludur. Zahirdə tam anlaşılmasada demək olar ki, bütün insanın özünə məxsus çətinliyi vardır. Kimisi maddi, kimisi fiziki, mənəvi əziyyətdədir. Bu belə də olmalıdır. Çünki bu dünyanın, dünya həyatının özünə məxsus xüsusiyyətidir. Qurana əsasən insanın bu həyatı imtahan və inkişaf üçündür. İnsan mənəviyyatı yalnız maneələrlə tərəqqi edir.

 

Bütün bu çətinliklərə qələbə qazanmağın yeganə yolu Allaha sığınmaqdır. Quran bu barədə buyurur:

 

“Təvəkkül edənlər gərək Allaha təvəkkül etsinlər» (Ali-İmran-122)

 

İnsanlar bütün işlərində Allaha sığınmalı, yalnız Ona pənah aparmalıdırlar.

 

İnsana üz verən dünya çətinliklərindən, dəhşətli bəlalarından biri də zəlzələlərdir.

 

İmam Baqir (ə) vaxtında yaşayan Əli ibn Məhziyar adlı bir şəxs yazır ki, mən İmam Baqir (ə)-a məktub yazıb zəlzələlərin qorxusundan və çoxluğundan şikayət etdim.

Soruşdum:

Buradan köçüb gedimmi?

 

İmam (ə) mənə tövsiyə edərək buyurdu:

 

“Xeyir köçüb getməyə ehtiyac yoxdur. Həftədə 3 gün çərşənbə, cümə axşamı və cümə günləri oruc tutun. Qüsul edin, libasınızı təmiz saxlayın. Cümə günlərini ihya edin (diri tutun). Allaha dua edin. O, bəlaları sizdən götürər.”

 

Məhziyar yazır ki, biz İmamın (ə) buyurduğu kimi etdik. Zəlzələlər azaldı.

(alkawthartv)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system