NAMAZ VAXTLARI:
  • FƏCR 04:30
  • GÜN 05:58
  • ZÖHR 12:44
  • ŞAM 19:47
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Zelenskiy BU HƏRƏKƏTİNƏ görə məhkəməyə çağırılıb CƏRİMƏLƏNDİ

Oxundu: 380
Zelenskiy BU HƏRƏKƏTİNƏ görə məhkəməyə çağırılıb CƏRİMƏLƏNDİ

Ukrayna prezident seçkilərində qalib gələn Vladimir Zelenskiy Kiyevin Obolonskiy rayon məhkəməsinə çağırılıb, lakin yerli saatla 12.45-ə təyin edilmiş iclasa gəlməyib.

İslaminSesi-nin Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda "Ukrayna xəbərləri" agentliyi yazır.

 

Kiyev məhkəməsi 21 apreldə, Ukrayna prezident seçkilərinin ikinci turunda, səsvermə zamanı Zelenskinin öz seçki bülletenini nümayiş etməsi faktı üzrə inzibati qanun pozuntusu haqqında məsələyə baxış keçirir.

 

Qeyd olunur ki, 14.00-da məhkəmə Zelenskinin işi üzrə qərar çıxarılması üçün məsləhət otağına keçib.

 

Məhkəmə Zelenskini inzibati hüquq pozuntusu haqqında günahkar sayıb və  850 qrivin (55 AZN) məbləğində cərimələyib.
 
Qeyd edək ki, Zelenski səsvermə günü jurnalistlərə öz bülletenini nümayiş etdirib. Orada Zelenskinin özünə səsverməsi öz əksini tapıb.

Namizədin bu hərəkətləri İnzibati Xətalar Məcəlləsinin 212-10 maddəsi ilə hüquq pozuntusu sayılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system