NAMAZ VAXTLARI:
  • FƏCR 06:35
  • GÜN 08:00
  • ZÖHR 12:51
  • ŞAM 18:02
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Yəmən ordusu Cizanda Səudiyyəyə məxsus ordu mövqelərini ələ keçirdi – VİDEO

Oxundu: 93
Yəmən ordusu Cizanda Səudiyyəyə məxsus ordu mövqelərini ələ keçirdi – VİDEO

Yəmən orudsu ötən gün Səudiyyə Ərəbistanın Cizan vilayətində Səudiyyə Ərəbistanı və muzdluların mövqelərinə qarşı əməliyyat keçirib.

 

“İslaminSesi” - Yəmən ordusu hücum zamanı qumbaraatan və pulyomyotlardan istifadə edərək Səudiyyə Ərəbistanı hərbçiləri və muzdluların mövqelərini ələ keçirib. Döyüşlər nəticəsində bir neçə muzdlunun öldürüldüyü qeyd edilir.  

 

Qeyd edək ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.(Eastnews)  

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system