NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Yəmən ordusu BƏƏ-yə məxsus hərbi katamaranı partlatdı – Video

Oxundu: 1815
Yəmən ordusu BƏƏ-yə məxsus hərbi katamaranı partlatdı – Video

Xatırladaq ki, bu Yəmən ordusu tərəfindən məhv edilən sayca ikinci "SWIFT" tipli hərbi katamarandır

İslaminSesi xəbər verir ki, Eastnews.org-un verdiyi xəbərə görə, Yəmən ordusu Qırmızı dəniz ərazisində Birləşmiş Ərəb Əmirliklərinə məxsus "SWIFT" tipli hərbi katamarana raket zərbəsi endirib.     Keçirilən əməliyyatın görüntüləri Yəmən televiziyası vasitəsilə nümayiş etdirilib.   Yəmən ordusunun raket zərbəsi nəticəsində gəminin yararsız vəziyyətə düşdüyü qeyd edilir. Yəmən ordusunun əməliyyatı Hudeyda vilayətinin Qırmızı dəniz sahilində həyata keçirdiyi qeyd edilir. Xatırladaq ki, bu Yəmən ordusu tərəfindən məhv edilən sayca ikinci "SWIFT" tipli hərbi katamarandır.   

 

Qeyd edək ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəlik və məcburi köçükün vəziyyətinə düşüb. Dənizdən və havadan blokada ölkəyə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system