NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Xristian təəssübkeşliyi - separatçı rejimin tərəf kimi tanınması üçün məkrli plan...

Oxundu: 916
Xristian təəssübkeşliyi - separatçı rejimin tərəf kimi tanınması üçün məkrli plan...

Elşən Manafov: “Görünür, Azərbaycanın Rusiya və qonşu İran dövlətilə münasibətlərinin formatı və xarakteri Qərbdə müəyyən dairələri təmin etmir”

 

Xəbər verildiyi kimi, qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Bako Saakyan noyabrın 24-də Moskvaya işgüzar səfər edib. Bundan öncə Saakyan noyabrın 14-də Fransada, noyabrın 16-da isə ABŞ-da səfərdə olub. B.Saakyanın bu ölkələrə səfərlərini zəruri edən səbəblər barədə geniş açıqlama verilmir.

 

Qeyd edək ki, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda separatçı rejimin rəhbərliyinin iştirakını,qanunsuz rejimin tərəf kimi tanınmasını iddia edir. Azərbaycan mediasında Saakyanın Amerika, Fransa və Rusiyaya son səfərlərinin bu və digər xüsusda təsadüfi olmadığı bildirilir.

 

 Bəs ümumiyyətlə, separatçı rejimin “rəhbəri” Bako Saakyanın ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsinə - Amerika, Fransa və Rusiyaya son səfərlərini nə ilə izah etmək olar? Doğrudanmı bu səfərlər Saakyanın şəxsi təşəbbüsüdür? Bu istiqamətdə atılan addımlar münaqişənin həllində Dağlıq Qarabağın tərəf kimi tanınmasına hesablanmış plan deyilmi?

 

 Bu barədə “İslaminsəsi”nə münasibətini açıqlayan politoloq Elşən Manafovun fikrincə, B.Saakyanın ABŞ-a, Fransaya və Rusiyaya səfəri vasitəçilik prinsiplərinə ziddir. Və ATƏT-in Minsk Qrupuna etimadın daha da tükənməsinə gətirib çıxara bilər: “Bildiyiniz kimi, artıq bu səfərlərlə bağlı rəsmi Bakının etiraz mövqeyi açıqlanıb. Yəni Azərbaycan bununla əlaqədar Fransaya, ABŞ-a etirazını bildirib. Fransa və ABŞ-a səfər zamanı Saakyan humanitar yardım adı altında iaənələr toplayıb. 3 il ərzində adıçəkilən dövlətlərdən təxminən 37 milyon dollara yaxın ianə toplanıb. Həmin ianələr hesabına Dağlıq Qarabağdakı separatçı rejimin silahlanmasına sərf etməyəcəyinə heç kəs təminat verə bilməz. Bu da onun göstəricisidir ki, Qərb dövlətləri hələ də ikili standartlardan və bəzi hallarda xristian təəssübkeşliyindən çıxış edirlər. Azərbaycan tolerant bir ölkə kimi Qərb siyasi elitası tərəfindən İslam dünyasına etalon bir dövlət kimi də qəbul edilir. Amma görünür ki, Azərbaycanın Rusiya və qonşu İran dövlətilə münasibətlərinin formatı və xarakteri Qərbdə müəyyən dairələri təmin etmir. Əslində, bu kimi amillər Azərbaycan dövlətinə bir təhdid və təzyiq anlamında qəbul oluna bilər. Amma Azərbaycan suveren bir dövlətdir və balanslaşdırılmış xarici siyasət həyata keçirir. Düşünmürəm ki, Bako Saakyan kimi separatçı rejimin liderinin həmin ölkələrdə keçirdikləri hər hansı bir kampaniyalar bu münasibətlərin formatına və mahiyyətinə ciddi təsir göstərə bilər”.

 

 Bununla belə, politoloq qeyd etdi ki, Saakyan nə Fransada, nə də ABŞ-da rəsmi səviyyədə qəbul olunmayıb: “O, sadəcə bir növ qaçaq yolu ilə sözügedən ölkələrdə olub. Amma bütün hallarda onun səfərinin qarşısı mütləq alınmalı idi. Bunu beynəlxalq hüquq normaları tələb edir. O ki qaldı qondarma “DQR”-in danışıqlarda üçüncü tərəf kimi iştirak etməsi təklifinə, bu, sadəcə, deklorativ xarakter daşıyır. Bununla bağlı atılan istənilən addım, istənilən plan gerçəkləşməyəcək”.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system