NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Hizbullah sərhəd boyu İsrailin hərbi obyektlərinin dəqiq foto və video görüntülərini yaydı

Hizbullah sərhəd boyu İsrailin hərbi obyektlərinin dəqiq foto və video görüntülərini yaydı

Hizbullah sərhəd boyu İsrailə məxsus olan hərbi obyektlərin yerlərinin dəqiq fotolarını və video gürüntülərini yayıb.

“İslaminSesi” “arabic.rt”-ə istinadən xəbər verir ki, Hizbullahın verdiyi məlumata əsasən,  Livanla sərhəddə əsgər və hərbi texnika toplayan İsrail hökünəti, “Şimal Qalxanı” adlı əməliyyata hazırlaşır. Həmçinin İsrail ordusunun öz ərazilərində tunellər qazdığı bildirilib.

 

Görüntülərdə İsrail əskərlərinin yer qazması, yer qazan texnika və torpaq daşıyan maşınlar əks olunub.

 

Xatırladaq ki, bir müddət öncə İsrail Baş naziri Binyamin Netanyahunun sözçüsü General Ophir Gendelman Hizbullahın sərhəd boyu tunellər qazması haqqında xəbər vermişdi. Onun dediyinə görə tunelin birinin uzunluğu 200 metrə, dərinliyi isə 25 metrə yaxındır. Hətta general “Twitter” səhifəsində tunelin görüntülərini də yaymışdı.

 

 

 

 

 

 

 

 

 

 

 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO