NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanlılar arasında kütləvi dava: biri öldü, meyitini gətirmək üçün pul yığırlar - Video

Azərbaycanlılar arasında kütləvi dava: biri öldü, meyitini gətirmək üçün pul yığırlar - Video

Ukraynanın Çernovets şəhərində ötən şənbə günü azərbaycanlılar arasında baş vermiş və bıçaqlanma ilə müşaiyət olunan kütləvi dava nəticəsində bir nəfər ölüb. Onun meyitini Azərbaycana gətirmək üçün həmvətənləri sosial şəbəkələrdə pul toplayırlar.

 

İslaminSesi Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, ölən şəxsin 23 yaşı olub, o yaralı halda xəstəxanaya çatdırılsa da həkimlər həyatını xilas edə bilməyiblər.

 

Habelə qarın boşluğundan bıçaq zərbəsi almış daha bir azərbaycanlı xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə davada daha iki nəfər xəsarət alıb.

 

Faktla bağlı üç ayrı cinayət işi qaldırılıb. Dava iştirakçılarından biri saxlanılıb, ölən azərbaycanlının meyitini Azərbaycana gətirib dəfn etmək üçün isə sosial şəbəkələrdə pul yığırlar...

 

Virtualaz.org

 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO