NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Venera planetində canlı həyat tapıldı - Elmdə yeni kəşf

Oxundu: 823
 Venera planetində canlı həyat tapıldı - Elmdə yeni kəşf

Rusiya Elmlər Akademiyasının kosmik tədqiqatlar institutu və Boerskov adına institutun mütəxəssisləri bildiriblər ki, qonşu planetdə əvvəllər elmə məlum olmayan bio kimyəvi prinsipə əsaslanan canlı həyat formasının olma ehtimalı var.

 

"İslaminSesi" “AzEdu.az"a istinadən xəbər verir ki, “Venera-9”, “Venera-10”, “Venera-13”, “Venera-14” aparatları vasitəsilə 1975-1982-ci illər arasında Venera planetinin səthinin panoram görüntüləri əldə edilib. Fotolarda asta hərəkət edən obyektlər nəzərə çarpır.

 

Veneranın səthindəki fotolarda göbələk, həşərat, əqrəb kimi canlıları xatırladan 19 hipotetik məxluq var. Onların hamısının öz ölçüsü, xüsusiyyəti var və fotolarda yerlərini dəyişdikləri məlum olur. Alimlər hetimal edirlər ki, fotolardakı məxluqlar güclü küləyin təsiri ilə yox, müstəqil hərəkət edirlər. Çünki aparatlar vasitəsilə küləyin gücü hesablanıb və bu külək sözügedən obyektləri tərpətmək üçün kifayət deyil. Bundan başqa hipotetik məxluqlar kamera obyektivinə o dəqiqə yox, bir müddət sonra düşüb. Bu isə aparatın enişi zamanı məxluqların qruntla örtüldüyündən xəbər verir. Məsələn, əqrəb olduğu ehtimal edilən məxluq torpağın altından saat yarıma çıxıb. Bu isə onun çox məhdud fiziki imkanları olduğundan xəbər verir.

 

Rus alimləri qeyd edirlər ki, yadplanetli canlı həyat Yerdəkinə bənzəməli deyil. Uyğun olaraq, onların yarandığı və yaşadığı şərait bizim gördüyümüzdən fərqli ola bilər. Venerada orta illik tempratur 640 dərəcədir və 90 barlıq təzyiq canlı həyat üçün əlverişlidir.

 

ABŞ-ın Hoddarda komsik tədqiqatlar insitutunun alimləri qeyd edirlər ki, iki milyard il əvvəl Venerada iqlim Yerdəki kimi olub. Burada okeanlar olub və tempratur 15-17 dərəcə arasında dəyişib. Canlılar isə Yerdəki orqanizmlərə bənzəyib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system