NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Türkmənistan prezidenti Qədr gecəsi münasibətilə 764 məhbusu əfv etdi

Oxundu: 122
Türkmənistan prezidenti Qədr gecəsi münasibətilə 764 məhbusu əfv etdi

Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov müsəlmanları üçün müqəddəs olan Qədr gecəsi münasibətilə amnistiya haqda fərman imzalayıb.

İslaminSesi-nin İslam-Today-a istinadən verdiyi xəbərə görə, 764 məhbus azadlığa buraxılıb.

 

"Əfv aksiyaları keçirməklə biz törətdiklərinə görə peşman olan insanlara yeni həyata başlamaq, günahını halal zəhmətlə yuymaq və ölkənin inkişafına öz töhfəsini qatmaq üçün fürsət veririk", - deyə Berdiməhəmmədov bildirib.

 

Qeyd edək ki, Əhli-sünnə məzhəbində geniş yayılmış fikrə görə, Qədr gecəsi Ramazan ayının 27-ci gecəsidir.

 

Şiə mənbələrində də Qədr gecəsinin Ramazan ayının son ongünlüyünə təsadüf etdiyi vurğulanır. Qədr gecəsinin dəqiq tarixi ətrafında yaranmış dairəni daha da daraldaraq, hədislərə əsasən, 19, 21 və ya 23-cü gecələrdən biri ilə məhdudlaşdırırlar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system