NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Türkiyənin zəifləməsini və parçalanmasını hədəfləyən dövlətlər az deyil” - Vüqar Miraslanov

Oxundu: 315
“Türkiyənin zəifləməsini və parçalanmasını hədəfləyən dövlətlər az deyil” - Vüqar Miraslanov

“Həm ABŞ, həm də digər NATO ölkələri Türkiyə və Rusiya arasında hərbi ticarəti pozmaq üçün özləri Ankaraya silah satışı təklif edəcəklər”

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) bağlı “Stratfor” jurnalı Türkiyənin Rusiyadan aldığı "S-400" kompleksinin Ankara və Vaşinqton arasında münasibətlərə təsiri barədə yazıb. Məlumatda bildirilir ki, Ankara üçün “S-400” kompleksinin satın alınması Türkiyə-Rusiya münasibətlərinin kökündən yenilənməsi deməkdir. Bu əlaqələr strateji və müdafiə baxımından dayanmadan genişlənir. Nəşrdə qeyd edilib ki, rəsmi Ankaranın Rusiyadan silah alması ABŞ-Türkiyə münasibətlərini daha da gərginləşdirəcək. Çünki Ağ Ev Türkiyənin “F-35”-ləri müşahidə etmək üçün “S-400” kompleksindən istifadə edə biləcəyindən narahatdır. Yazı müəllifinin fikrincə,  bundan sonra məxfi məlumatlar Rusiyanın əlinə keçəcək. Yazıdakı bəzi nüanslar Rusiya ilə Türkiyə arasındakı münasibətlərin genişlənməsindən ciddi narahatlıq duyulmasını ortaya qoyur.

 

“Stratfor” jurnalında dərc edilən məqalədə maraq doquran digər  məqamlar da az deyil. Məsələn, Ankaranın S-400 raketlərini alması ayrı-ayrılıqda Türkiyə, Rusiya və ABŞ üçün, eləcə də bu üç dövlət arasındakı münasibətlərdə hansı perspektiv vəd edir?

 

Məsələ ilə ilə bağlı "İslamınSesi"-nə açıqlama verən hərbi ekspert Vüqar Miraslanovun sözlərinə görə, Ankaranın əsas məqsədi özünü tam şəkildə müdafiə edə biləcək güclü və müasir silahlar əldə etməkdir: "Hazırda Türkiyə öz hədəfinə çatmaq üzrədir. Təsadüfi deyil ki, son illər ölkənin müdafiə sənayesi sürətlə inkişaf etməkdədir. Elə Türkiyənin  Silahlı Qüvvələri də dünyanın ən güclü orduları sırasındadır. Ankaranın narahatlığı başa düşüləndir. Bu ölkənin zəifləməsini, parçalanmasını hədəfləyən qüvvələr  - dövlətlər az deyil. Rusiyadan aldığı son silahlar da məhz müdafiəni gücləndirməyə xidmət edir”.

 

Ekspert hesab etdiyini bildirdi ki, məlum silah ticarəti məsələsi ABŞ və Türkiyə arasında gərginliyi müvəqqəti olaraq daha da artıracaq. Türkiyə və Rusiya arasında isə müvəqqəti dostluq yaradacaq: “Mən belə hesab edirəm ki, bu prosesin sonunda Türkiyə udacaq. Çünki həm ABŞ, həm də digər NATO ölkələri Türkiyə və Rusiya arasında hərbi ticarəti pozmaq üçün özləri Ankaraya silah satışı təklif edəcəklər. ABŞ- dan da istədiyini alandan bir müddət sonra isə bu silahı ya bizə, ya Iraqa, ya da Kıbrısa ötürəcək və itirdiyi maliyyəni geri qaytaracaq”.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system