NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Tramp öhdəliyini yerinə yetirmək üçün bəhanə axtarır...

Oxundu: 570
Tramp öhdəliyini yerinə yetirmək üçün bəhanə axtarır...

ABŞ-Donald Trampın Yaxın Şərqdə törətdiyi müharibələr nəticəsində 100 minlərlə dinc insanın qətlinə səbəb oldu.

 

Yaxın Şərq siyasətində uduzan ABŞ bölgədə yerləşdirdiyi terrorçu dəstələri silahlandırmaqla sakinləri humanitar fəlakətə düçar etdi, qitəyə çoxminli miqrant ordusunun axını başlandı.

 

Trampın sionizm qarşısında Suriyanın parçalanmasına dair götürdüyü öhdəliyi yerinə yetirə bilməməsi, planlarının pozulması, onu yenidən hadisələrin önündə getməyə məcbur edir.

Belə ki, Suriyada regionun güc mərkəzlərinin əldə etdikləri stabilliyin, legitim hakimiyyətin bərpasının Astana razılaşması prosesinin üstündən "xətt çəkmək" üçün bəhanə axtarmağa başlayıb.

 

ABŞ indi də Astana prosesinə zəmanətçi ölkələrin Konstitusiya Komitəsi iclasını 14 dekabra kimi çağırılması şərtini irəli sürərək, əks təqdirdə həmin razılaşmanın üstündən xətt çəkiləcəyi iddiası ilə mövqe sərgiləyir.

 

Göründüyü kimi, Donald Tramp ağalarının qarşısında xəcalətli qalmamaq üçün Suriyanı parçalaya bilməsə də təşkilində iştirakını təmin etməyə can atır və prosesləri pozmaq üçün bəhanələr axtarır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system