NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Terrorçuların dağıtdığı Əməvilər məscidi 8 il ərzində bərpa ediləcək - FOTO-VİDEO

Oxundu: 159
Terrorçuların dağıtdığı Əməvilər məscidi 8 il ərzində bərpa ediləcək - FOTO-VİDEO

Suriyanın Hələb şəhərində yerləşən qədimi Əməvilər məscidinin bərpası 8 ilə başa çatacaq.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda restavrasiya komandasının rəhbəri Mahmud Məmmar bildirib. O, hələ döyüş əməliyyatlarından öncə bu tikilinin bərpası ilə məşğul olub.

 

Hələbin Əməvilər məscidi adlanan Böyük məscid VII əsrin əvvəllərində tikilib. 2012-ci ildə "Cəbhət ən-Nusra" terror qruplaşması tərəfindən qarət olunub. Terrorçular 45 metrlik minarəni partladıblar.

 

Fraqmentləri mozaika kimi toplamaq üçün bərpaçılar hər daşı nömrələyiblər.

 

Məmmar müharibədən bir neçə il öncə məscidin genişmiqyaslı bərpasında iştirak etdiyi üçün onun detallı planını saxlaya bilib.

 

Məscidin divarlarında güllə izləri görsənir, hər tərəfə gilizlər səpələnib. Lakin hətta bu vəziyyətdə də məsciddə ibadət edilir: iş arası fasilə zamanı bərpaçılar burada namazlarını qılır.

 

Xatırladaq ki, Əməvilər məscidi YUNESKO-nun Ümumdünya mirasına daxildir. Abidə Rusiya və Yaxın Şərq ölkələrindən olan mesenatların dəstəyi ilə Suriya hökuməti tərəfindən bərpa olunur. Lakin YUNESKO-nun özü tərəfindən maliyyə yardımı göstərilməyib. Beynəlxalq təşkilat yalnız dağıntıların qeydiyyatıyla kifayətlənib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system