NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Telegram-ın banisi bir ay yemək yeməyəcək

Oxundu: 114
Telegram-ın banisi bir ay yemək yeməyəcək

"VKontakte" sosial şəbəkəsinin və Telegram messencerinin banisi Pavel Durov əhvalın yaxşılaşması və məhsuldarlığının artması üçün bir ay yeməkdən imtina etməyi planlaşdırdığını bildirib.

İslaminSesi-nin RT-yə istinadən verdiyi xəbərə görə, sağlamlıq xatirinə o, son 15 il ərzində alkoqol, kofein, ət, kimyəvi dərmanlar və fast-fuddan imtina edib.

 

Bundan başqa, Durov xüsusi pəhriz saxlayaraq, zülal, süd məhsulları, yumurta və fruktozanı rasionundan çıxarıb. Bu, ona iradəsini gücləndirməkdə və aydın düşüncəyə nail olmaqda kömək olub.

 

Mayda o, yalnız balıq və dəniz məhsullarıyla qidalanmağa qərar vermişdi.

 

"Bu ayda mən daha radikal bir şeyi sınayacam və yeməkdən tam olaraq imtina edəcəm. Son 6 gün ərzində mən yalnız su içmişəm və hələ ki, özümü əla hiss edirəm", - deyə Durov öz Telegram kanalında yazıb.

 

O, qeyd edib ki, əzələ kütləsini itirmək ehtimalına baxmayaraq, bu addım onu yeni ideyalara ilhamlandıra bilər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system