NAMAZ VAXTLARI:
  • FƏCR 04:35
  • GÜN 06:01
  • ZÖHR 12:43
  • ŞAM 19:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Şimali Koreya Yapon dənizinə iki ballistik raket atdı

Oxundu: 63
Şimali Koreya Yapon dənizinə iki ballistik raket atdı

Şimali Koreya avqustun 10-da növbəti dəfə iki raket sınağı həyata keçirib.

 

"İslaminSesi" xəbər verir ki, Virtualaz.org-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə raketlər səhər saatlarında Şimali Koreyanın şərqində yerləşən Hamhunq şəhərindəki hərbi bazasından Yapon dənizi istiqamətində buraxılıb. Hələlik raketlərin növü və buraxılışın detalları barədə ətraflı məlumat yoxdur.

 

Qeyd edək ki, son günlər KXDR-in raket sınaqları ardıcıl xarakter alıb. İyulun 25-dən bəri Şimali Koreya beş dəfə raket buraxılışı həyata keçirib. Sonuncu dəfə avqustun 6-da iki qısa mənzilli ballistik raket (KN-23) Yapon dənizi istiqamətində buraxılmışdı.

 

Cənubi Koreyanın bəyanatında deyilir ki, atılan raketlər təxminən 400 kilometr məsafəni qət edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system