NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Səfir: "İraq öz ərazisindən ABŞ-a İrana qarşı hərbi əməliyyatlar üçün icazə verməyəcək"

Oxundu: 388
Səfir:

İraq hökuməti öz ərazisindən ABŞ-a İrana qarşı hərbi əməliyyatlar üçün icazə verməyəcək.

 

İslaminSesi TASS-a istinadən xəbər verir ki, bu barədə mayın 15-də İraqın Rusiyadakı səfiri Heydər Mansur Hadi Vaşinqtonla Tehran arasında münasibətlərin gərginləşməsini dəyərləndirərkən bildirib.

 

“İran suveren ölkədir. Əlbəttə, biz ərazimizdən istifadə edilməsinə icazə vermərik. Ümid edirəm ki, heç nə baş verməyəcək. Bölgədə yeni dağıdıcı müharibəni istəmirik”, - səfir vurğulayıb.

 

Onun sözlərnə görə, ABŞ-ın dövlət katibi Mayk Pompeonun ötən həftə Bağdada səfəri əvvəlcədən razılaşdırılıb.

 

Səfir Tehranla olduğu kimi, ölkəsinin Vaşinqtonla əlaqəsindən gərginliyi azaltmaq üçün istifadə etdiklərini bildirib: “İraq problemin yox, onun həllinin bir hissəsi olmaq istəyir”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system