NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Rusiyada güllələnən biznesmenin nəşi Azərbaycana gətirilir

Oxundu: 116
Rusiyada güllələnən biznesmenin nəşi Azərbaycana gətirilir

Rusiyanın Yamal-Nen Muxtar Vilayətinin Nadım şəhərində baş vermiş atışmada öldürülən biznesmen, sərbəst güləş üzrə məşqçilərin yaxın qohumu Aqşin Həsənovun cənazəsi Azərbaycana gətiriləcək.

 "İslaminSesi.info" bildirir ki, bu barədə “VKontakte” sosial şəbəkəsində mərhumun əmisi oğlu Yalçın Məmmədov yazıb.

 

“Bu gün qardaşımız Aqşinlə vida mərasimi keçiriləcək. Sizləri soyuqqanlı və laqeyd davranmamağa, qardaşımızın atasına dəstək olmaq üçün şəhər morquna gəlməyinizi xahiş edirəm”, - deyə Yalçın Məmmədov yazıb.

 

URA.ru saytının yazdığına görə, əslən Azərbaycandan olan biznesmen Aqşin Həsənovu öz vətənində dəfn edəcəklər.

 

 

Dekabrın 1-də Nadımda baş verən atışma zamanı yaralanan mərhum A.Həsənovun hər iki əmisi oğlu hazırda xəstəxanada mühafizə altındadır. Yaralılardan biri - Yalçın Məmmədov artıq özünə gəlsə də, qardaşı Mais Məmmədov hələ də huşsuz vəziyyətdədir. Hər iki qardaş Yamal-Nendə yerləşən uşaq-gənclər idman məktəbində sərbəst güləş üzrə məşqçidir.

 

Yalçın Məmmədov müstəntiqin qadağasından öncə mətbuat nümayəndələri ilə əlaqə saxlayaraq onların üçünün də Axundov qardaşları tərəfindən güllələndiklərini deyib. Aqşin Həsənov başından aldığı güllə yarasından hadisə yerində keçinib. Mais başından və sinəsindən ağır yaralanıb, Yalçın qaçmağa cəhd göstərsə də, güllə ondan da yan keçməyib. O, döş qəfəsindən və qarnından xəsarət alıb.

 

Hadisə baş verən gün atışmada əli olduğu iddia edilən Qaraş Axundov əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb. Qətldə və iki nəfəri öldürməyə cəhddə ittiham edilən Q.Axundov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.Virtualaz.org

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system