NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Rusiyada amansızlıqla öldürülən azəbaycanlının qatili tutuldu – TƏFƏRRÜAT

Oxundu: 93
Rusiyada amansızlıqla öldürülən azəbaycanlının qatili tutuldu – TƏFƏRRÜAT

Rusiyanın Samara vilayətində azərbaycanlı gəncin dəhşətli ölümü haqda məlumat vermişdik.

İslaminSesi.info  modern.az-a istinadla xəbər verir ki, 30 yaşlı Elmir Əhmədovun qətlə yetirmiş 26 yaşlı Aleksandr Qorşkov həbs olunub. Samara Prokurorluğu əvvəllər oğurluq maddəsi ilə məhkunluq yaşamış Qorşkovun Əhmədovu qısqanclıq zəmində qətlə yetirdiyini ehtimal edir. Belə ki, onun 2 aydır ki, birgə yaşadığı Yekaterina İ. uzun müddət Elmir Əhmədovla eşq macərası yaşayıb.

 

Bundan xəbər tutan Aleksandr Qorşkov qızın telefonundan Elmir Əhmədova zəng edərək onu gecə saatlarında Poxvistnevsk rayonunun Matyan qəsəbəsində görüşə çağırıb. Özünə məxsus "Qazel" markalı avtomobildə hadisə yerinə gələn azərbaycanlı gənc qısqanc rus kişinin bıçaqlı hücumuna məruz qalıb. O aldığı xəsarətlərdən yerindəcə keçinib. Bundan sonra, Qorşkov Elmir Axundovu öldürdüyü gizlətmək üçün "Qazel"ə od vurub. Cəsədin yanması ilə cinayətdəki izinini itəcəyinə ümid edən Qorşkovun istəyi baş tutmayıb. Hazırda o, həbs olunub.

 

Elmir Əhmədovun Qarabağdan olan məcburi köçkün ailəsində böyüdüyü və 3 qardaşı ilə birlikdə 1999-cu ildən Samara vilayətində yaşadıqları məlumdur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system