NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Rusiya üçün “S-400”-ü yaratmış azərbaycanlı - Haqda yeni film çəkildi /VİDEO/

Oxundu: 1834
Rusiya üçün “S-400”-ü yaratmış azərbaycanlı - Haqda yeni film çəkildi /VİDEO/

Tanınmış rus jurnalisti Andrey Karaulov Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan “S-300” və “S-400” raketlərinin istehsalı ilə məşhurlaşmış İqor Aşurbəyli haqqında "Rusiya insanı" adlı yeni sənədli film çəkib.

 “You Tube” kanalına istinadla Qısa tanıtım: 

 
  
İqor Aşurbəyli (tam adı: İqor Rauf oğlu Aşurbəyli; d. 9 sentyabr1963, Bakı, Azərbaycan SSR, SSRİ) — Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri; "Almaz-Antey"” konstruktor bürosunun sabiq rəhbəri(2001-2011). Texnika elmləri doktoru. “Socium Holdinq” İdarə Heyətinin prezidenti. “Asqardia -Kosmos Dövləti”nin qurucusudur. 
 
Əslən azərbaycanlı olan İqor Aşurbəyli 1963-cü ilin sentyabrın 9-da Bakıda doğulub
1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirib. O, 1985-ci ilə Azərbaycan Sənaye İnsitutunu bitirib. Azərbaycanlı alim Rafiq Əliyevin aspirantı olub. Aşurbəyli Rafiq Əliyevin rəhbərliyi altında 30 may 1992-ci ildə Azərbaycan Sənaye İnsitutunda öz namizədlik işini müdafiə edib. Elmi işinin mövzusu isə "D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri"dir.
 
2011-ci ilədək İqor Aşurbəyli on il "Almaz-Antey" baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.
 
İ.Aşurbəylinin mənsub olduğu Aşurbəyovlar Azərbaycan xalqının məşhur soylarından biridir. Nəslin kökündə Aşur xan Avşar dayanır. O, Avşar elindəndir. Bu el haqqında məlumatlar XVIII əsrə gedib çıxır. Məşhur Nadir şah Əfşar da bu tayfadandır. Bu nəsildən Təzə Pir məscidini inşa etdirən Nabat xanım Aşurbəyova, neft sənayeçisi Teymur bəy Aşurbəyov, məşhur tarixçi Sara Aşurbəyli kimi şəxsiyyətlər çıxıb.moderator.az
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system