NAMAZ VAXTLARI:
  • FƏCR 04:30
  • GÜN 05:58
  • ZÖHR 12:44
  • ŞAM 19:47
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Rusiya 36 tondan çox Azərbaycan pomidorunu geri qaytarıb

Oxundu: 254
Rusiya 36 tondan çox Azərbaycan pomidorunu geri qaytarıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol Vilayəti üzrə İdarəsinin əməkdaşları müvəqqəti saxlama anbarlarında karantin məhsullar aşkar ediblər.

 

İslaminSesinin   Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycandan bu vilayətə ümumi çəkisi 36,5 ton olan 2 partiya faraş pomidor gətirilib. Məhsula baxış zamanı pomidorda Cənubi Amerika tomat güvəsi aşkar edilib. Onun mövcudluğu həmçinin müxtəlif laborator ekspertizalarla da təsdiqini tapıb.

 

"Karantin məhsulların bölgəyə aparılmasına qadağa qoyulub, məhsul yükü göndərənlərə geri qaytarılıb", - deyə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol Vilayəti üzrə İdarəsinin məlumatında qeyd olunub. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system