NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ruhani: ABŞ-ın "Əsrin müqaviləsi" Fələstinə qarşı sui-qəsddir

Oxundu: 132
Ruhani: ABŞ-ın

ABŞ administrasiyasının hazırladığı "Əsrin müqaviləsi" əslində Fələstinə qarşı sui-qəsddir.

İslaminSesi-nin İslam-Today-a istinadən verdiyi xəbərə görə, bu haqda İran prezidenti Həsən Ruhaninin rəsmi hökumət saytında dərc edilmiş bəyanatında deyilir.

 

""Əsrin müqaviləsi"– Fələstinin ümidlərinin məhv edilməsinə, işğalın genişlənməsinə yönəldilmiş sui-qəsd və bütün islam ölkələrinə qarşı təcavüzdür". - deyə İslam Əməkdaşlıq Təşkilatının dünənki toplantısında iştirak edən ölkə başçılarına ünvanlanmış bəyanatda bildirilir.

 

Ruhaninin sözlərinə əsasən, ABŞ-ın Yaxın Şərqlə bağlı planının müəllifləri fələstinliləri öz taleyini təyin etmək və müstəqil Fələstin dövlətini yaratmaq haqqından məhrum etməyə çalışırlar.

 

Xatırladaq ki, daha öncə mətbuatda yayılan xəbərə görə, "Əsrin müqaviləsi" fələstinliləri iqtisadi güzəştlər, eləcə də Fələstin dövləti yaratmaqda maliyyə yardımı müqabilində İsrail tərəfindən işğal olunmuş torpaqlardan imtina etməyə çağırır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system