NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Radikal səhiyyə islahatlarına ehtiyac var

Oxundu: 1538
Radikal səhiyyə islahatlarına ehtiyac var

Zəlimxan Məmmədli: “İcbari dövlət tibbi sığorta indiki durumu köklü şəkildə müsbətə doğru dəyişə bilər, amma...”

 

Maliyyə naziri Samir Şərifov Milli Məclisin komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında bildirib ki, 2019-cu ildə icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiq olunması üçün yekun hazırlıq işləri həyata keçiriləcək. Sistemin bütün ölkə üzrə tətbiqinə isə 2020-ci ildən başlanacaq. Qeyd edək ki, neçə ildir icbari tibbi sığortanın gələn il mütləq tətbiq olunacağı deyilsə də, reallaşmır. Hətta ötən il pilot bölgələrin təsbit olunmasına, Mingəçevir və Yevlaxın konkret olaraq seçilməsinə baxmayaraq, bu məsələ öz həllini tapmadı. İndiyədək də insanların icbari tibbi sığortası yoxdur. Buna səbəb kimi, işsizlik səviyyəsinin yüksəkliyi, insanların rəsmi gəlirlərinin aşağılığı və icbari sığortaya keçid üçün ödənişlərin mənbəyində problemlərin olması və digər amillər göstərilir. Bütün bu səbəblərə görə icbari tibbi sığorta ilə bağlı ilk qərarın 17 il əvvəl verilməsinə rəğmən, məsələnin həlli illərdir uzanır.

 

 Artıq bu məsələnin tətbiqindən ötrü 244 milyon vəsait ayrıldığı üçün icbari tibbi sığorta Azərbaycan səhiyyəsindəki köklü problemləri aradan qaldıra biləcəkmi?

 

 İslaminsəsi"-nin bu sualını cavablandıran həkim Zəlimxan Məmmədli qeyd etdi ki, ilk növbədə sosial siyasət yüksələn xətt üzrə, bazara uyğun dinamikada insanların artan tələbatına uyğunlaşdırılmalıdır. Ekspertin sözlərinə görə, icbari tibbi sığorta sosial siyasətin bir elementi olduğu üçün bu qərar mühüm əhəmiyyətə malikdir: "Bu gün yüzlərlə, minlərlə insanımız maddi sıxıntı ucbatından həyatla vidalaşmalı olur və ya şikəstliklə razılaşmaqdan başqa çarələri qalmır. Bu baxımdan və bir sıra digər fundamental səbəblər, xüsusilə demoqrafik mənzərə, insan ömrünün uzadılması, insanların psixoloji durumunda stresslər icbari tibbi sığortanı zəruri edir. Bunu utanc gətirən pilot layihə kimi deyil, sistemli, əhalinin əksər təbəqələrinə şamil olunmaqla tətbiq edilməsi yeni, daha ümidli bir durum yaradar.

Çox maraqlıdır, insanlar yaşlandıqca, xəstəlik və bu səbəbdən, o cümlədən  imkansızlıq qorxusundan kütləvi şəkildə əziyyət çəkirlər.

 

 İcbari dövlət tibbi sığorta indiki durumu köklü şəkildə müsbətə doğru dəyişə bilər. Bununla yanaşı pulsuz dövlət tibb müəssisələri ya ləğv edilməli, ya da ciddi rekonstruksiya edilməlidir. Çünki Azərbaycanda pulsuz səhiyyə yalnız sözdə var, əməldə isə pulsuz səhiyyə sistemi yoxdur. Bu acı həqiqətdir. İlk növbədə tibb personalı bu sahədə sosial müdafiəsizdir və dövlət tərəfindən müalicə və diaqnostik təchizat minimum həddədir. Ümumiləşdirsək, qısa şəkildə onu demək olar ki, radikal səhiyyə islahatlarına ehtiyac var. Bu da təbii ki, ölkə səviyyəsində siyasi və iqtisadi islahatların tərkibidir. Təəssüf ki, bizdə siyasi sistem islahat ifadəsindən "ilan vuran ala çatıdan qorxan kimi qorxur".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system