NAMAZ VAXTLARI:
  • FƏCR 06:35
  • GÜN 08:00
  • ZÖHR 12:51
  • ŞAM 18:02
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Quba yolunda ağır qəzada ölənlərdən ikisi xalaoğludur - VİDEO - FOTO - YENİLENİB 1

Oxundu: 241
Quba yolunda ağır qəzada ölənlərdən ikisi xalaoğludur - VİDEO - FOTO - YENİLENİB 1

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 4-ə çatıb.

"İslaminSesi.info" xəbər verir ki, qəzada xəsarət alan, 1979-cu il təvəllüdlü Ramin Seyidəhmədov yerləşdirildiyi Quba Rayon Mərkəzi Xəstəxanasında ölüb.report

 

***

Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində baş vermiş qəzada ölənlərin ikisinin kimliyi məlum olub.

"İslaminSesi.info" qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində Qasımov Coşqun Kamil oğlu və Abasov Zakir Eldəniz oğlu dünyasını dəyişib. Onların xalaoğlu olduqları bildirilib. 

Yaralı Ramin Əlfəddin oğlu Seydəhmədovun vəziyyəti ağırdır.

Qeyd edək ki, bu gün səhər saatlarında baş verən qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

 

***

"İslaminSesi.info" -nın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, 40 BS 143 dövlət nömrə nişanlı “VAZ 21010” markalı avtomobil 40 BL 944 dövlət nömrə nişanlı “Ford” markalı avtomobillə toqquşub. 

 

Qəza nəticəsində iki nəfər ölüb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system