NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qobustanda dağlıq ərazi yanır - Helikopter cəlb edildi

Oxundu: 137
Qobustanda dağlıq ərazi yanır - Helikopter cəlb edildi

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

 İslaminSesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

 

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. 

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanır. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

 

Əlavə məlumat veriləcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system