NAMAZ VAXTLARI:
  • FƏCR 06:35
  • GÜN 08:00
  • ZÖHR 12:51
  • ŞAM 18:02
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qəddafinin Livanda həbsdə saxlanılan oğlundan təzə xəbər var

Oxundu: 983
Qəddafinin Livanda həbsdə saxlanılan oğlundan təzə xəbər var

Livan Ədliyyə Nazirliyi 2015-ci ildən etibarən Livanda saxlanılan Muammar Qəddafinin oğlu Hannibal Qəddafinin işini araşdırmağı tapşırıb.

 

“İslaminSesi” bu barədə “Shafaqna”ya istinadən xəbər verir.

 

Livan Ədalət Nazirliyindən edilən yazılı şərhində, 1978-ci ildə  Liviyaya səfər edən və müəmmalı şəkildə yoxa çıxan livanlı din alimi və “Əməl Hərəkatı”nın qurucusu Musa əs-Sədr və digər 2 adamın yoxa çıxması iddiası daxilində, dekabr 2015-ci ildən bəri Livanda saxlanılan Hannibal Qəddafinin işinə yenidən baxılması barədə Məhkəmə Müşahidə Şurasının sədri Burkan Saada təlimat verildiyi bildirilir.

 

Hannibal Qəddafinin təslim edilməsi istiqamətində Suriya və Livandan gələn tələblərin olduğuna işarə edilən şərhdə, ayrıca BMT İnsan Haqları Ali Komissarlığının da yenidən Livan Ədliyyə Nazirliyi ilə əlaqə quraraq Hannibalın vəziyyəti ilə bağlı məlumat istədiyi qeyd edilir.

 

Bu səbəbdən nazirlik, Şuradan Qəddafinin Livanda saxlanılması, bunun zərurəti və şübhələrin aradan qaldırılmasına dair açıqlma tələb edib.

 

Həmçinin bunlarla yanaşı “Şərq əl-Avsat” qəzeti də, Livanda həbsdə saxlanılan Qəddafi mövzusuna Rusiyan da müdaxilə etdiyini, bununla yanaşı Muammer Qəddafinin digər oğlu Seyfulislam Qəddafinin Rusiyadan dəstək istəməsi tələbinə diqqət çəkib.

 

Xatırladaq ki, Hannibal Qəddafi 1975-ci il təvəllüdlüdür. Hannibal Qəddafi, Muammer Qəddafinin arvadı Safiye, oğlu Məhəmməd və qızı Aişə kimi Qəddafi ailəsinin bəzi üzvləri inqilab əsnasında qonşu ölkə Əlcəzairə qaçmağı bacaran şəxslərdir.

 

Hannibal Qəddafi dekabr 2015-ci ildə Suriyadan qayıdarkən Livanın Beka vadisində silahlı qruplar tərəfindən qaçırılır və sonra sərbəst buraxılır. Sonra Ayətullah Sədrin aqibətini araşdıran Livanlı səlahiyyətli orqanlar tərəfindən həbs edilərək, sorğuya çəkilir.

 

Hannibal, hələ də Sədr hadisəsinin dəqiqləşməsi mövzusunda potensial bir açar hesab olunur və Livanda həbsxanada saxlanılır.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system