NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qazaxıstanda mitinq zamanı 700 nəfər saxlanılıb

Oxundu: 68
Qazaxıstanda mitinq zamanı 700 nəfər saxlanılıb

Qazaxıstanın ən böyük şəhərləri Nur-Sultan və Almatıda prezident seçkilərinin baykot edilməsini tələb edənlərin sanksiyalaşdırılmamış mitinqində iki gün ərzində təxminən 700 nəfər saxlanılıb, onlardan 550-si məsuliyyətə cəlb olunub.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nurdilda Oraz bildirib.

 

"İlk gündə (9 iyun - red.) 500 nəfər saxlanılıb, onlardan 400-nə qarşı inzibati protokol tərtib edilib. İkinci gündə, təqribən, 200 nəfər saxlanılıb. Onlardan 150-sinə qarşı inzibati protokol tərtib edilib", - deyə DİN rəsmisi qeyd edib.

 

Xatırladaq ki, Qazaxıstanda iyunun 9-da keçirilmiş prezident seçkisində Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, ölkənin hazırkı Prezidenti Kasım-Jomart Tokayev 70,76 faiz səs toplayıb. Seçici fəallığı 77,4% olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system