NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qarpız alarkən mütləq buna diqqət edin!

Oxundu: 688
Qarpız alarkən mütləq buna diqqət edin!

“Qarpızın yetişməsinin sürətləndirilməsi, ölçüsünün böyük olması üçün istifadə edilən nitrat-azotlu maddələr çox olduqda, həmçinin məhsulun saxlanma qaydalarına əməl edilmədikdə zəhərlənməyə səbəb ola bilər. Bostan bitkilərindən olan qarpız-yemiş aclığı və susuzluğu aradan qaldırır, orqanizm üçün böyük müalicəvi əhəmiyyətə malikdir”.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliynin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  cavab olaraq bildirilib ki, qarpızın ölkəmizdə təbii yetişmə vaxtı iyul-avqust ayları hesab olunur:

 

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublikamızın bütün regionları üzrə bitkiçilik məhsullarının yetişdirildiyi sahələrdə mütəmadi olaraq fitosanitar müşahidələr həyata keçirilir.

 

Eyni zamanda, ölkəmizdə yetişdirilən meyvə və tərəvəzlərin üzərində risk əsaslı nəzarət tədbirləri aparılır. Bu, tarladan süfrəyə prinsipi əsasında həyata keçirilir. Yetişdirilmə dövründə mütəmadi olaraq məhsullardan nümunələr götürülərək yoxlanılması üçün laborotoriyaya təqdim edilir. Zərəvericilərlə sirayətlənmə halı aşkar edildikdə məhsulun istifadəsinə icazə verilmir və zərərsizləşdirməsi üçün tədbirlər görülür”.

 

Rəsmi məlumata görə, ölkəyə idxal olunan meyvə və tərəvəzlərə qida təhlükəsizliyi nəzarəti gömrük məntəqələrində fəaliyyət göstərən Agentlik əməkdaşları tərəfindən həyata keçirilir:

 

“İdxal olunan məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laborotoriyalarına təqdim olunur. Keyfiyyət və təhlükəsizlik göstəriciləri (sirayətlənmə halı, pestisid qalığı, ağır metallar, nitrat qalığının miqdarı) uyğun olmayan məhsulların ölkəyə idxalına icazə verilmir və müvafiq tədbirlər görülür”.

Eyni zamanda bildirilib ki, istehlakçıları maraqlandıran məsələlərdən biri də qarpız-yemişin saxlanılma şəraiti ilə bağlıdır:

 

“Bildirək ki, qarpız sərin yerdə saxlanılmalı və üzərinə birbaşa günəş şüaları düşməməlidir. Bəzi hallarda qarpızın içi ağ və ya çəhrayı rəngdə olur, eləcə də daxilində sarımtıl və ya qəhvəyi rəngdə zoğlar müşahidə olunur. Bu, qarpızın tərkibi ilə bağlı şübhələrə əsas verir. Qarpız alarkən satıcının onu ümumi istifadədə olan bıçaqla kəsməsinə icazə verməyin. Çünki alacağınız qarpızın həmin bıçaqdan çirklənməyə məruz qalma riski var. Satış yerlərində, o cümlədən evdə qarpızı qapalı, sərin yerdə saxlamaq lazımdır. Doğranmış qarpız dilimlərini ancaq bağlı, plastik və ya polietilen qabda -18ºC temperaturda saxlamaq olar. Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq və təmiz, quru bıçaqla kəsmək vacibdir”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system