NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Putin Roma Papasıyla görüşdü - VİDEO

Oxundu: 840
Putin Roma Papasıyla görüşdü - VİDEO

Rusiya prezidenti Vladimr Putin İtaliyaya səfəri çərçivəsində Vatikanda olub, Roma Papası Fransisklə görüşüb.

İslaminSesi-nin Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, görüş zamanı dünya xristianlarının mövcud durumu, hərbi əməliyyatlar və Suriyada müharibə nəticəsində dağıdılmış xristian məbədlərin taleyi, Suriya xristianlarının müdafiəsi və onlara göstərilən humanitar yardım məsələləri müzakirə olunub. Rusiya və Vatikanın mədəniyyət, təhsil və səhiyyə sahəsində əməkdaşlığına xüsusi diqqət ayrılıb.

 

Putin və Roma Papasının görüşü bir saata yaxın davam edib.

 

Sonda Rusiya prezidenti Katolik kilsənin rəhbərinə ikona hədiyyə edib. O isə, öz növbəsində, Putinə Müqəddəs Pyotr meydanına açılan mənzərə təsvir olunmuş XVIII əsrin qravürasını bağışlayıb.

 


Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system