NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Pakistan BMT TŞ-dən Kəşmirlə bağlı iclas keçirməyi tələb edib

Oxundu: 398
Pakistan BMT TŞ-dən Kəşmirlə bağlı iclas keçirməyi tələb edib

Pakistan Hindistanın Cəmmu və Kəşmir ştatlarının xüsusi konstitusiya statusunu ləğv etmək qərarı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını keçirləyi tələb edib.

İslaminSesi-nin RT-yə istinadən verdiyi xəbərə görə, bu haqda Associated Press Pakistan xarici işlər naziri Şah Məhmud Qureyşinin məktubuna istinadən bildirir.

 

Məktubda deyilir ki, Təhlükəsizlik Şurası növbəti Srebrenisa və Ruanda faciələrinin qarşısını almalıdır. Söhbət 1995-ci ildə Bosniyadakı Srebrenisada və 1994-cü ildə Ruandada baş verən hadisələrdən gedir.

 

Xatırladaq ki, daha öncə Hindistan Cəmmu və Kəşmir ştatlarının xüsusi statusunu ləğv etdikdən sonra Pakistan Nyu-Dehliylə diplomatik əlaqələrin səviyyəsini endirib və qonşu dövlətlə ticarəti dayandırıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system