NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Niaqara şəlaləsi Tatarstan bayrağının rənglərinə boyanacaq

Oxundu: 67
Niaqara şəlaləsi Tatarstan bayrağının rənglərinə boyanacaq

Niaqara şəlaləsi 30 avqust tarixində Tatarstan bayrağının rənglərinə boyanacaq. Bununla Kanadada Monreal tatar cəmiyyətinin üzvləri tatarları Respublika Günü münasibətilə təbrik edəcəklər.

İslaminSesi-nin "Kazanskiy reportyor"-a istinadən verdiyi xəbərə görə, bu haqda cəmiyyətin lideri Marat Səlahuddinov bildirib.

 

Onun sözlərinə əsasən, Tatarstanın bayrağı xüsusi işıqlandırma vasitəsilə şəlalədə əks olunacaq. Müxtəlif əlamətdar günlərdə şəlalənin rənginin dəyişməsi artıq adət halını alıb.

 

Səlahuddinov öz ideyasının reallaşması üçün Niaqara şəlaləsinin administrasiyasına müraciət etdiyini və razılıq aldığını bildirib.

 

Beləliklə, avqustun 30-da, saat 22:00-də bütün planet Niaqara şəlaləsinin Tatarstana təbrikini müşahidə edə biləcək. 15 dəqiqə davamedəcək hadisəni İnstagram-da canlı izləmək olacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system