NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Myanma buddistlərindən müsəlmanlara JEST: bayram günü gül payladılar - FOTO

Oxundu: 210
Myanma buddistlərindən müsəlmanlara JEST: bayram günü gül payladılar - FOTO

Myanmada buddistlər yerli müsəlmanları yaxşı mənada təəccübləndiriblər.

İslaminSesi-nin İslam-Today-a istinadən verdiyi xəbərə görə, son ildə yüz minlərlə rohinya müsəlmanlarının təqib və zorakılığa məruz qaldığı bir ölkədə buddist könüllüləri mübarək Ramazan bayramında İslam ardıcıllarını xoş "sürpriz"lə sevindirməyə çalışıb.

 

Belə ki, onlar Yanqonadakı "Dərgah" məscidinin önündə düzülərək, bayram namazına gələnlərə gül paylayıblar.

 

Qızılgüllər hədiyyə etməkdən əlavə, buddistlər, polis əməkdaşlarının əvəzinə müsəlmanları ibadət zamanı mühafizə ediblər.

 

Kampaniyanın təşəbbüskarı Seindita adlı buddist rahib olub. O, 15 000 ağ qızılgülləri paylamaq üçün 100 könüllünü bir araya gətirib.

 

Qeyd edək ki, güllər müsəlmanlara yalnız Yanqonada deyil, Myanma ərazisində olan digər 22 məsciddə də paylanılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system