NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Misir və Çində ANOMAL İSTİLƏR

Oxundu: 72
Misir və Çində ANOMAL İSTİLƏR

Misirdə may ayı üçün rekord istilər qeydə alınıb. Meteoroloqlar paxtaxt Qahirədə bu gün temperaturun 45 dərəcəyə kimi qalxacağını proqnozlaşdırır. Bu isə, ilin bu fəsli üçün standart temperatur göstəricilərindən 7-8 dərəcə çoxdur.

İslaminSesi-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, rekord istilərlə əlaqədar Misir Təhsil Nazirliyi birinci siniflər üçün keçiriləcək xarici dil imtahanını və bəzi ali təhsil müəssisələrinin də imtahanlarını ləğv edib.

 

Meteoroloq və həkimlər əhaliyə yüngül geyim geyinməyi və günəş şüaları altında mümkün qədər az qalmağı məsləhət görür

 

Qeyri-adi istilər Çinin şimalında da qeydə alınıb. 40 dərəcə temperatur burada yay aylarında normal sayılsa da, bu il istilər vaxtından tez başlayıb.

 

Ekspertlər hesab edir ki, belə anomaliya kənd təsərrüfatı üçün təhlükəlidir. İstilər arpa əkiminə təsir edəcək, meşə yanğınları riskini artıracaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system