NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Misir qaçırılmış firon büstünün hərracını ləğv edib ölkəyə qaytarımasını tələb etdi

Oxundu: 78
Misir qaçırılmış firon büstünün hərracını ləğv edib ölkəyə qaytarımasını tələb etdi

Misir höküməti Tutanhamonun büstünün hərracının ləğv edilməsini və öz aid olduğu yerə təhvil verilməsini tələb etdi.

 

“İslaminSesi” əl-Arabiyya-ya istinadən xəbər verir ki, Misir höküməti Londona aparılmış büstün hərraca çıxarılmasına qarşı çıxıb və bu satışın ləğv edilməsini tələb edib.

 

Misirin Qədim abidələr və Mədəni İrs Nazirliyinin məlumatına görə Tutanhamonun büstü Londonda Kristis muzeyindədir və iyulun 4-ə satışa çıxarılacaq.

 

Misirin Qədim abidələr Mədəni İrs Nazirliyi ölkənin Londonda olan səfirliyi vasitəsi ilə Britaniyanın Xarici İşlər Nazirliyinə, həmçinin YUNESKO-ya müraciət göndərib və satışın dayandırılmasını, geri qaytarılmasını tələb edib.

 

Xatırladaq ki, Tutanhamonun büstünün Londona hansı yolla gətirilməsi məlum deyil. Misir rəsmiləri son dövürdə oğurlanmış bir çox tarixi əsərlərin geri qaytarılmasına nail olduqlarını bildiriblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system