NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Mal və ömrün bərəkətli olması üçün İmam Əli (ə) tövsiyələri

Oxundu: 561
Mal və ömrün bərəkətli olması üçün İmam Əli (ə) tövsiyələri

Əmirəl-möminin (ə) bütün möminlərin mənəvi atası kimi bizlərə mal və ömrümüzün bərəkətli olması ilə bağlı bəzi tövsiyələr vermişdir.

“İslaminSesi” – İmam (ə) ömrün və ruzinin bərəkətli olması üçün buyurub:

 

- Malın bərəkəti – zəkat verməklədir.

 

- Ömrün bərəkəti – yaxşı iş görməkdədir.

 

- Süfrəyə çoxlu əllərin daxil olması – bərəkətdir.

 

- Öz ayıqlıq və zirəkliyini günahı tərk etməkdə qərar ver.

 

- İnsanın təvazökarlığı – onun kərəmindədir.

 

- İnsanın gözəlliyi – mülayimliyindədir.

 

- Sözün gözəlliyi – qısa və ixtisarlı olmasındadır.

 

- Gözəl yoldaş – qənimətdir.

 

- Hədis nəql etmək, Peyğəmbərə (s) nisbət əldə etməyə səbəb olar.

 

- Elmin eybi – təkəbbürdədir.

 

- Qəlbin şəfası – Quran oxumaqdadır.

 

- Dinin silahı – təqvadır, fəsadı – tamahdır.

 

- Qəlbin aydınlığı – halal yeməklədir.

 

- Allaha itaət – qənimətdir.

 

- Hərislik, hərisin qatilidir.

 

- Üzün təravəti – düz danışmaqdadır.

 

/Deyerler.org/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system