NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

KİV: Boris Conson “sərt Brexit”ə nail olmaq niyyətindədir

Oxundu: 517
KİV: Boris Conson “sərt Brexit”ə nail olmaq niyyətindədir

Böyük Britaniyanın baş naziri Boris Conson oktyabrın 31-də “sərt Brexit”ə nail olmaq əzmindədir və etimadsızlıq göstərilsə belə, istefa verməyəcək.

 

 "İslaminSesi"nin “Kommersant”a istinadən xəbər verir ki, bu barədə baş nazirin köməkçisi Dominik Kamminqs məlumat verib.

 

Belə ki, B.Conson hətta “sərt Brexit” əleyhdarlarının ölkənin Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmasını təxirə salmaq üçün "milli birlik hökuməti" deyilən partiyalararası çoxluq təşkil etməyə müvəffəq olduqları halda, kürsüsündə qalmaq niyyətindədir. Belə olarsa, baş nazir B.Conson “Brexit”dən dərhal sonra ümumi seçkilər keçirməyi hədəfləyir.

 

Eyni zamanda Böyük Britaniyanın “Brexit”ə dair xüsusi elçisi David Frost baş nazirin Aİ nümayəndələrilə danışıqlar aparmaq niyyətində olmadığını, saziş imzalamadan təşkilat üzvlüyündən çəkilməyi yeganə mümkün variant olaraq gördüyünü diqqətə çatdırıb.“Report”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system