NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İsrail qüvvələri Anadolu Agentliyinin binasını vurdu - Ərdoğan zəng etdi /Video/

Oxundu: 2449
İsrail qüvvələri Anadolu Agentliyinin binasını vurdu - Ərdoğan zəng etdi /Video/

İşğalçı İsrail qüvvələri Qəzza ərazisində yerləşən Anadolu Agentliyinin binasını raket atəşinə tutub.

 

"İslaminSesi" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. 

 

Agentlik əməkdaşlarından ölən olmadığı bildirilib. 

 

Fələstin hökümətindən bildirilən məlumata əsasən agentliyin yerləşdiyi binanı hədəf almaqda məqsəd şahidlərin (jurnalistlərin) ərazidən uzaqlaşdırılmasıdır. 

 

Hadisə Türkiyədə kəskin etirazla qarşılanıb. Hətta prezident Rəcəb Tayyip Ərdoğanın Anadolu Agentliyinin idarə heyətinin sədri Şenol Kazancıya zəng etdiyi bildirilir.

 

Xatırladaq ki, israil qüvvələri iki gündür Qəzzanı ardıcıl olaraq bombalayır. Son bir neçə gün ərzində işğqalçı İsrail qüvvələri raket hücumları edərək 10-a yaxın fələstinlinin həyatına son qoyub. İsrail baş naziri Binyamin Netanyahunun orduya Qəzza sektoruna kütləvi hücum əmri verdiyi də qeyd olunur. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system