NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“İşğal faktı uzandıqca “DQR”-in rəsmən tanınmaq təhlükəsi də artır” – Əhəd Məmmədli

Oxundu: 947
“İşğal faktı uzandıqca “DQR”-in rəsmən tanınmaq təhlükəsi də artır” – Əhəd Məmmədli

“Bu yaxınlarda ABŞ prezidenti Tramp tərəfindən İsrail üçün işğal faktını qanuniləşdirən addım atılmasını gördük. Kim qarant verə bilər ki, sabah belə bir addım Dağlıq Qarabağla bağlı atılmayacaq?”

 

ABŞ-ın “Stratfor” beynəlxalq kəşfiyyat-analitik mərkəzi Azərbaycana qarşı növbəti xəyanətkar addım atıb. Belə ki, erməni mənbələr həmin özəl təşkilatın Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış rejimi “de-fakto müstəqil dövlət” kimi tanıması ilə bağlı məlumat yayıblar. Heç kimə sirr deyil ki, uzun illərdir davam edən Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi üçün yaradılan ATƏT-in Minsk qrupunu  təmsil edən  üç ölkə rəhbərliyə kimin gəlməsindən asılı olmayaraq həmişə erməniyönümlü siyasət aparıblar. Rusiya, Fransa və ABŞ-dan ibarət həmsədr ölkələrin uzun illərdir davam etdirdiyi danışıqlar prosesi sadəcə ermənilərin maraqlarını təmin edən status-kvonun qorunub saxlanmasına xidmət edib.

 

Maraqlıdır ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin son Moskva görüşü barədə də  siyasi ekspertlər pessimist fikirlər irəli sürürlər. Ümumiyyətlə başa düşülmür ki, 30 ilə yaxındır  aparılan nəticəsiz danışıqlar Azərbaycan tərəfinə nə üçün lazımdır? Zaman Azərbaycanın ziyanına işləyir. Belə ki, nəticəsiz danışıqlarla bağlı görüşlərin davam etdiyi bir vaxtda ABŞ-ın “Stratfor” beynəlxalq kəşfiyyat-analitik mərkəzinin Dağlıq Qarabağı, eləcə də bəzi digər separatçı qurumları de-fakto tanıması bizim üçün də bu təhlükənin uzaqda olmadığını göstərir.

 

Maraqldır, bu xain hərəkəti  gələcəkdə Birləşmiş Ştatların dövlət mövqeyini bu istiqamətdə rəsmiləşdirməsinə doğru atdığı addımlardan biri kimi qəbul etmək olarmı?

 

Bu məsələlərlə bağlı fikirlərini "İslamınSəsi” saytı ilə bölüşən politoloq Əhəd Məmmədlinin sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşünə ənənəvi və nəticəsiz görüşlər silsiləsindən biri kimi baxmaq lazımdır: "Sadəcə Rusiya münaqişənin onun nəzərətində oldğunu göstərmək üçün  Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edir. Fikrimcə, Azərbaycan tərəfi hər belə çağırışa getməməlidir. Ümümiyyətlə Ermənistanla danışıqların heç bir əhəmiyyətinin olmadığına əminəm. Rəsmi Bakının hələ də bu danışıqlarda iştirak etməsinin mən şəxsən bir səbəbini görürəm ki, o da Kremldən çəkinməsidir. Artıq hər şeyi öz adı ilə demək lazımdır. Rusiya Azərbaycan torpaqlarını azad etmək üçün böyük bir əngəldir. Amma bu o demək deyil ki, biz bu maneəni bəhanə edib torpaqlarımızı azad etməməliyik. Rusiya əngəlini keçmək olar. Bunun üçün sadəcə müharibəyə başlamaq üçün rəsmi Bakının siyasi iradəsi gərəkdir”

 

ABŞ-in “Stratfor” beynəlxalq kəşfiyyat-analitik mərkəzinin Dağlıq Qarabağı, eləcə də bəzi digər separatçı qurumları de-fakto tanıması məsələsinə də aydınlıq gətirən politoloq bildirdi ki, Xristian Şərqi Timorun müsəlman İndoneziyadan, xristian-müşrük Cənubi Sudanının müsəlman Sudandan ayrılmasının dünya dövlətləri tərəfindən tanınması, müsəlman Qüds, Colan təpələrini yəhudi İsrailin xeyrinə ABŞ-ın tanıması, Krımın ilhaqı, Cənubi Osetiya, Abxaziyanın müstəqilliyinin Rusiya tərəfindən tanınması və s. bütün bu hadisələr Azərbaycan üçün çox ciddi siqnallar olmalıdır: “Həmsədrlərin vasitəçilyindən imtina etmək və antiterror əməliyyatlarını bərpa etmək lazımdir. İşğal faktı uzandıqca qondarma qurumun rəsmən tanınmaq təhlükəsi də artır. Bu yaxınlarda biz ABŞ prezidenti Tramp tərəfindən İsrail üçün işğal faktını qanuniləşdirən addım atılmasını gördük. Kim bizə təminat verər ki, sabah da eynən Qarabağ, müsəlman Azərbaycandan rəsmi şəkildə də qopardılıb xristian Ermənistana birləşdirilməyəcək? Tez bir zamanda hərbi yolla ərazi bütövlüyümüzə qovuşmasaq eyni təhlükə bizi də gözləyir”.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system