NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İran özünün raket əleyhinə müdafiə sistemini təqdim edib - VİDEO

Oxundu: 93
İran özünün raket əleyhinə müdafiə sistemini təqdim edib - VİDEO

İran Müdafiə Nazirliyi bazar günü ölkədə istehsal olunan "Xordad-15" şəxsi raket əleyhinə müdafiə (RƏM) sistemini təqdim edib.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda Tasnim agentliyi bildirir.

 

Agentliyin məlumatına əsasən, İranın müdafiə naziri Əmir Xatəmi "Xordad-15" sistemini Tehranda keçirilən mərasimdə təqdim edib.

 

Yeni Havadan Hücum Müdafiəsi sistemi İranın "Səyyad-3" raketlərilə bir neçə nişanı vura bilir.

 

Sistem 150 kilometr radiusunda olan müxtəlif hədəfləri aşkar edib, onları 120 kilometr məsafədən izləyə bilir. "Xordad-15", həmçinin, 85 kilometr radiusunda nəzərə çarpmayan hədəfləri də aşkar edib, 45 kilometr diapazonunda məhv edə bilir.

 

Xatəmi qeyd edib ki, sistem eyni zamanda altı hədəfi vura bilir. Bundan başqa, sistemin portativliyi sayəsində hərbçilər cəmi 5 dəqiqəyə onu atəşə hazır hala gətirə bilir.

 

Qeyd olunur ki, "Xordad-15" artıq rəsmi olaraq İran ordusunun havadan müdafiə qüvvələrinə təhvil verilib.


Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system