NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İran hədələdi: Britaniya tankerini saxlaya bilərik

Oxundu: 90
İran hədələdi: Britaniya tankerini saxlaya bilərik

İranın Məşvərət Şurasının üzvü Möhsün Rezai hesab edir ki, əgər Böyük Britaniya Cəbəli-Tariqdə saxladığı İran tankerini buraxmasa, buna cavab olaraq, Tehrana Britaniya gəmilərindən birini saxlamalıdır.

İslaminSesi-nin Rg.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda o öz Twitter səhifəsində yazıb:

 

"Əgər Böyük Britaniya İran tankerini buraxmasa, məsul orqanlar cavab addımı atmalı və bir ingilis tankerinisaxlamalıdır".

 

Xatırladaq ki, 4 iyul tarixində Britaniya dəniz piyadaçıları Cəbəli-Tariqdə Panama bayrağı altında Grace 1 supertankerini ələ keçiriblər. Britaniya hökuməti tankerin Avropa Birliyinin sanksiyalarından yan keçərək xam nefti çatdırmaq üçün Suriyaya yollandığını hesab edib. Bəzi məlumatlara görə, London ABŞ-ın göstərişi ilə hərəkət etmiş ola bilər.

 

Bundan sonra Britaniya səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata İran gəmisinin Cəbəli-Tariqdə qanunsuz saxlanıldığı izah edilib. İran XİN əməkdaşlarının sözlərinə əsasən, Londonun ehtiyatsız və destruktiv addımları regionda vəziyyətin kəskinləşməsinə səbəb ola bilər.

 


Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system