NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İran ELAN ETDİ: Bu tarixdən uranın zənginləşdirilməsini daha da artıracağıq

Oxundu: 867
İran ELAN ETDİ: Bu tarixdən uranın zənginləşdirilməsini daha da artıracağıq

7 iyul 2019-cu il tarixindən etibarən İranda uranın zənginləşdirilməsi 3,67% səviyyəsindən çox olacaq.

İslaminSesi-nin RİA "Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda İran Prezidenti Həsən Ruhani bildirib.

 

Onun sözlərinə əsasən, zənginləşdirilmənin səviyyəsi lazım bildikləri və ehtiyac olduğu həddə qədər artırılacaq.

 

Xatırladaq ki, İran tərəfi ABŞ-ın nüvə sazişindən çıxmasının il dönümündə - mayın 8-də İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bir sıra öhdəliklərinin, o cümlədən zənginləşdirilmiş uran və ağır su ehtiyatları üzrə öhdəliklərin yerinə yetirilməsini dayandırdığını elan edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system