NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İran ABŞ-ın Omandakı partlayışla bağlı ittihamlarını rədd etdi: Əsassızdır!

Oxundu: 438
İran ABŞ-ın Omandakı partlayışla bağlı ittihamlarını rədd etdi: Əsassızdır!

ABŞ-ın Oman körfəzində tankerlərə hücumda İranı ittiham etməsi əsassızdır.

İslaminSesi-nin RT-yə istinadən verdiyi xəbərə görə, bu haqda İranın xarici işlər naziri Cavad Zərif öz Twitter səhifəsində yazıb:

 

"Faktiki və ya dolayı sübutlar olmadan, ABŞ-ın İrana qarşı ittihamlar irəli sürmək imkanından dərhal istifadə etməsi sübut edir ki, B qrupu B planına keçir: (Yaponiyanın baş naziri) Abe Şindzonun (səyləri) daxil, diplomatik səyləri sabotaj etmək cəhdlərinə, eləcə də İrana qarşı iqtisadi terroru gizlətməyə".

 

Qeyd edək ki, daha öncə ABŞ dövlət katibi Mayk Pompeo Oman körfəzində tankerlərə hücumda İranı ittiham etmişdi. Britaniya və Səudiyyə Ərəbistanının XİN başçıları Ceremi Hant və Adil Əl-Cübeyr də onun bu fikrilə razılaşıblar.

 

Xatırladaq ki, dunən Oman körfəzində Yaponiyaya aid olan iki neft tankeri partladılıb. Hadisə Yaponiya baş naziri Abe Şindzonun Tehranda danışıqları fonunda baş verib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system