NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İqtisadiyyat nəhənglərinin ticarət savaşı – ABŞ-Çin münasibətləri qlobal iqtisadi artımı azaldır

Oxundu: 810
İqtisadiyyat nəhənglərinin ticarət savaşı – ABŞ-Çin münasibətləri qlobal iqtisadi artımı azaldır

Rövşən Ağayev: “Dünyada gedən proseslər bir-birinə çox bağlı olduğu üçün qlobal təchizat və dəyər zənciri bu müharibədən ciddi təsir görəcək”

  

Xəbər verildiyi kimi, Amerika Birləşmiş Ştatları ümumi məbləği 200 milyard dollara yaxın olan Çin məhsullarına tətbiq olunan idxal rüsumunu iki dəfədən çox artırıb. Qeyd edək ki, bu məsələ gözlənilən idi. Artıq xeyli  müddətdir ABŞ və Çin arasında ticarət müharibəsi gedir. ABŞ ötən ilin sentyabr ayından başlayaraq Çindən 200 milyard dollar dəyərində idxal olunan mallara 10% dəyərində  gömrük rüsumu tətbiq etmiş və bu rusumu 25%-ə qaldırılması ilə bağlı xəbərdarlıq etmişdi. Çin dövləti də buna qarşılıq olaraq ABŞ-dan idxal olunan məhsullara gömrük rüsumları tətbiq edəcəyini bildirmişdi.

 

Ekspertlər ABŞ bazarında Çin mallarını əvəz edə biləcək ikinci istehsalçı olmadığnı əsas gətirərək Vaşinqton tərəfindən bu addımın atılması nəticəsində ölkədəki Çin məhsullarında bahalaşmanın qaçılmaz olacağını qeyd edirlər. Rəsmi Pekin Vaşinqtonun bu addımına “dərindən təəssüfləndiyini” bildirib və bütün lazımi cavab tədbirlərinin görüləcəyini vəd edib. ABŞ-ın çoxdan gözlənilən bu qərarı hələlik Çin maliyyə bazarlarında hər hansı problemlərə yol açmayıb.

 

Beynəlxalq göstəricilərə görə, Amerikanın qlobal idxaldakı payı 2000-ci ildən bu yana 25 faiz azalıb. Bu sahədə ən böyük dəyişikliyi yaradan isə Çindir. Beynəlxalq ekspertlər hesab edirlər ki, ABŞ digər amilllərlə yanaşı (Çin İrana qarşı sanksiyalara qoşulmayıb), bu təsiri də azaltmaq üçün idxal rüsumunu artırıb. Dünyanın məşhur proqnoz mərkəzləri iki nəhəng iqtisadiyyata malik ölkələr arasında gömrük rüsumları ilə bağlı yaşananların dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcəyini qeyd edirlər.  

 

Maraqlıdır, ABŞ-Çin ticarət savaşının daha da güclənəcəyi halda, bunun dünya bazarına nəzərəçarpan təsirini gözləmək olarmı?

 

"İslamınSesi" saytına məsələ ilə bağlı açıqlama verən iqtisadşı ekspert Rövşən Ağayevə görə bu təsir qaçılmazdır: "Əlbəttə olacaq. Çünki 2 dövlət az qala dünya iqtisadiyyatının 40%-ni təşkil edir. Və iqtisadiyyatları bir-birindən kəskin asılıdır. Onlar arasında ticarət əlaqələrinin zəifləməsi tələbi azaldacaq. Məlum məsələdir ki, iqtisadiyyatda tələb məhdudluğu yaranan kimi artım tempi dərhal zəifləyir. Digər yandan, Çin tərəfdən də rüsumların qaldırılmasına şahid ola bilərik. Ola bilər ki, danışıqlar vasitəsilə razılığa gəlmək mümkün olsun”.

 

Ekspertin sözlərinə görə, Çinin ən çox ehtiyat etdiyi məsələ inflyasiyadır: “Pekin ehtiyatlanır ki, ABŞ-ın rüsumları qaldırması Çində inflyasiyanın sürətlənməsinə gətirib çıxara bilər. Dünyada gedən proseslər bir-birinə çox bağlı olduğu üçün qlobal təchizat və dəyər zənciri bu müharibədən ciddi təsir görəcək. Bundan başqa dünyanın müxtəlif bölgələrində yük daşıma və digər ticarətlə əlaqəli müəssisələr də bundan təsirlənəcək. Təsadüfi deyil ki, Beynəlxalq Valyuta Fondu ABŞ-Çin ticarət müharibəsinin qlobal iqtisadi artımı 0,5% azaldacağı haqqında  xəbərdarlıq edib".

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system