NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:59
  • ZÖHR 12:43
  • ŞAM 19:45
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İnsanların ən üstünü təqvası olanlardır – Təqva nədir?

Oxundu: 138
İnsanların ən üstünü təqvası olanlardır – Təqva nədir?

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox təqvalı olanınızdır (qorxanınızdır). Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat-13)

 

Qurani Kərim bu ayədə öncə yaradılışa, sonra qadın və kişi olaraq ümumi insanlığa işarə edir. Sonra isə xalq və millətləri ayıraraq bölgülərin reallığını göstərir. Lakin sonrakı ifadədə isə bu bölgünün əsas olmadığını qeyd edərək insanın dəyər və qiymətini “təqva tərəzisində” ölçür. Yəni Quran insan dəyərinin meyarının təqva olduğunu bəyan edir.

 

Nədir təqva?

 

“İslaminSesi” dini saytlara istinad olaraq Ayətullah Seyyid Əli Xameneinin təqva barəsində dediklərini təqdim edir:

 

“Təqva hərəkət edərək çəkinməyə deyilir, fəaliyyətsiz çəkinməyə yox.

Biri var siz fəaliyyət etmədən nədənsə çəkinməyə çalışırsınız. Yol qəzasına uğramayasınız deyə evə qapanıb, maşın sürməkdən çəkindiyiniz kimi.

İslamın bizə olan tövsiyəsi bu deyil. İslam bizə hadisələr və reallıqlar meydanına daxil olmaqla çəkinməyi tövsiyə edir. Sürücünün maneələrdən çəkindiyi kimi. Bu növ çəkinmək, ehtiyatlı və diqqətli olmaq anlamındadır.

Beləliklə, təqvanın mənası diqqətli və ehtiyatlı olmaq şərtilə hərəkət halında və meydana daxil olaraq çəkinməkdən ibarətdir. Eniş-yoxuşlardan, yanlış yollarda sapmaqdan, özünüzə və digərlərinə ziyan vurmaqdan, insanın azğınlığına səbəb olacaq qaydaları pozmaqdan çəkinməyə və ehtiyatlı olmağa təqva deyilir. Çünki bu yol çox təhlükəli, uzun və qaranlıqdır.”

 

Qeyd edək ki, mövzu insanın öz gözünü, bədənini təhlükələrdən qoruduğu ki, ruhunu və mənəviyyatını da qorumasından gedir.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system