NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İnsan özünü tanıdıqca Rəbbini necə dərk edir?

Oxundu: 183
İnsan özünü tanıdıqca Rəbbini necə dərk edir?

“Hər kim özünü tanısa rəbbini tanıyar” – İmam Əli (ə)

 

“İslaminSesi” -  İmam Əli (ə)-ın dərin hikmətli kəlamları daim insanı düşündürür. Bu kimi kəlamlar uzun zaman keçməsinə baxmayaraq sanki hər zaman yeni, hər zaman araşdırmağa, öyrənməyə ehtiyac olan hikmət dolu nəsihətlərdir.

 

İmam (ə) bu hədisində Allahı tanımağa gedən yolun insanın özündən başladığı bildirir. Rəbbini tanımaq, Onu özü üçün kəşf etmək istəyən insan öncə özünü, özünün necə bir möcüzə olduğunu kəşf etməlidir.

 

Mərhum Ayətullah Məhəmməd Təği Behcət, bu hədisin izahında insanın özünü necə tanıması barəsində verilən suala belə cavab verir:

“Yəni insan bilə ki, onun özü, həyatı, ruzisi, kasıblığı və zənginliyi, xəstəliyi və sağlamlığı onun özünundən deyil. Bütün bunlar hamısı ona başqa bir yerdən verilir. Bu elə Rəbbi tanımağın özüdür.”

 

Həqiqətən insan özünü düzgün tanısa, özünün ən azından digərləri ilə ünsiyyətə belə möhtac olduğunu dərk etsə bir çox iddialarından, özünü böyük bilməkdən əl çəkər. Bu zaman bir udumluq suya, bir nəfəslik havaya möhtac olan insan, bu “suyun”, bu “havanın” hardan gəldiyini düşünməyə başlayar...

İnsan özünü, öz möhtaclığını dərk etdikcə, ehtiyacsız onal qüdrət sahibini tanımağa başlayar...

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system