NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İnsan əli - Ecazkar yaradılış /VİDEO/

Oxundu: 520
"

Müxtəlif əsərlər yaratmaq istedadına malik olan insan, əslində özü də bir sənət əsərdir. Həm də müxtəlif əzaların kombinasiyasından ibarət möcüzəvi bir əsər.

 

"İslaminSesi" - Kitabın və ya qəzetin səhifələrini çevirmək, köynəyimizi düymələmək, yazı yazmaq kimi sadə görünən işləri yerinə yetirən əlimiz, əslində bir sənət əsəridir.

 

 Əl, quruluşca standart olmasına baxmayaraq, çox fərqli istifadə sahələrində malikdir.

 

 Çoxsaylı sinir və əzələyə malik olan qollarımız şərtlərə uyğun olaraq əlimizin güclü və ya yumşaq tutmasını təmin edir.

 

Məsələn, əlimiz yumruq kimi sıxılaraq boks kisəsinə 50 kiloqramlıq güclə zərbə endirə bilər, eyni zamanda baş barmaq və şəhadət barmağı arasında tutduğu millimetrin onda biri qədər naziklikdəki kağız parçasını hiss edə bilər.

 

Hər iki işin bir-birindən tamamilə fərqli olduğunu görürük. Biri çox incə, digəri isə tam əksinə, böyük güc tələb edir.

 

Lakin biz kağızı alarkən də, yumruq vurarkən də 1 saniyə belə necə etməyi, ikisi arasındakı güc fərqini tənzimləməyi belə düşünmürük.

 

 

Çünki insan əli bütün bu prosesləri eyni anda edəcək şəkildə yaradılmışdır. Əl bütün xüsusiyyətləri ilə birlikdə yaradılmışdır.

Əlin bütün barmaqları funksiyalarına görə ən uyğun uzunluqda və ən uyğun yerdədir, bundan əlavə, bir-birlərinə uyğundur.

 

Əlin quruluşunda çox incə detallar var. Yerə düşmüş iynəni götürərkən barmaqlarımız qədər dırnaqlarımız da kömək edir.

 

Əlimizdəki barmaq izlərini əmələ gətirən qırışlar və dırnaqlar sayəsində də kiçik şeyləri asanlıqla götürürük.

 

 Bundan əlavə dırnaqlar, barmaqların tutduğu cismə tətbiq etdiyi həssas təzyiqin tənzimlənməsində böyük rol oynayır.

 

Əlimizi digər orqanlarımızdan ayıran bir xüsusiyyəti yorulmamasıdır.

 

Texnologiya inkişaf edərək, süni insan əli düzəltmək istəyir. Bu robot əllər, güc baxımından insan əli ilə eynidir.

 

Lakin insan əlindəki həssas toxunma, mükəmməl manevr qabiliyyəti və fərqli işlər etmə bacarıqları robot əldə mümkün deyil.

 

Bəli,  elm adamları insan əlinin bütün funksiyalarına daşıya biləcək robot əlin düzəldilməsinin qeyri-mümkün olduğunu etiraf edirlər.

 

Robot mütəxəsisi Hans J. Şnebeli (Hans J. Schneebeli) bu barədə deyir: “robot əllər üzərində nə qədər çox işləyirəmsə, insanların sahib olduğu əllərə o qədər çox heyran oluram.”

Əlin özəllikləri bu deyilənlərlə bitmir. Əl, həm də, gözlə ortaq işləyən orqandır. Gözün qəbul etdiyi siqnallar beyinə çatdırılır və beyindən gələn yeni siqnalla əl görəcəyi işə uyğun olaraq hərəkətə keçir.

 

Bütün bunlarla yanaşı, insanın hər iki əlinin eyni anda mükəmməl uyğunluq içində işlədiyininində şahid oluruq.

 

Uca Allah bütün yaradılışı müəyyən ölçü və nizamla yaratmışdır.

İnsan adlı bu sənət əsəri də, Ali yaradanın qüdrətinin kiçik bir nişanəsidir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system