NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İki təcavüzkar bir arada – İsrail-Ermənistan münasibətlərində yeni mərhələ

Oxundu: 212
İki təcavüzkar bir arada – İsrail-Ermənistan münasibətlərində yeni mərhələ

Elyar Nəzərov: “İsrailin Azərbaycandakı neft maraqları ilə yanaşı, Ermənistan vasitəsilə özünün və ABŞ-ın İranla bağlı maraqları da olmamış deyil”

  

İsrail 2020-ci ildə Ermənistanda səfirlik açacaq.

 

Yerli KİV-lərin Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə İsrail-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Aleksandr Tsinker jurnalistlərə deyib.

 

Bəs, Ermənistan hakimiyyətinin İsraillə münasibətləri intensivləşdirməsi hansı məqsədlər daşıyır? Yerevanda İsrail səfirliyinin açılmasının Azərbaycana hansı təsirləri ola bilər?

 

Məsələ barədə İslaminSesi-nə danışan siyasi şərhçi Elyar Nəzərov əvvəlcə hesab etdiyini bildirdi ki, İsrail adında dövlət legitim sayılmamalıdır. Çünki işğalçı İsraili dövlət kimi tanımaq, aqressiyanı, başqa xalqların torpaqlarını tutmaq, təcavüzü tanımaq deməkdir: “Bu hal ərazisi 25 ildən çoxdur Ermənistanın işğalı altında olan  Azərbaycana yaxşı hec nə vəd etmir. Özümüz təcavüzə məruz qalan bir dövlət olaraq İsrail kimi bir rejimlə hec bir əlaqəmiz olmamalıdır. Əks halda biz özümüz ermənilərin Azərbaycan a təcavüzünü tanımış oluruq”.

 

E.Nəzərov təəssüflə dedi ki, bəzi siyasi şərhçilərin Ermənistanda İsrail səfirliyinin açılmasının Azərbaycana heç bir təsirinin olmayacağını vurğulamaları və bunun səbəbini İsraillə Aərbaycan arasında tərəfdaşlıq münasibətlərinin mövcudluğu ilə izah etmələri çox maraqlıdır: “Söhbət çox güman ki, bizim İsraildən silah almağımızdan, onlara isə neft satmağımızdan gedir. Amma belə şərhçilər unudurlar ki, İsrail-Ermənistan münasibətləri heç də pis olmayıb, əksinə, bizimlə olduğundan daha isti əlaqələr mövcuddur. Səfirliyin açılmasından sonra isə münasibətlərin daha da möhkəmlənəcəyi heç kəsdə şübhə doğurmamalıdır. Digər tərəfdən İsrailin Ermənistana silah satmadığına və ya satmayacağına kim zəmanət verə bilir ki? İsrailə pul lazım deyilmi?”

Siyasi şərhçi əlavə etdi ki, İsrailin Azərbaycandakı neft maraqları ilə yanaşı, Ermənistan vasitəsilə özünün və ABŞ-ın İranla bağlı maraqları da olmamış deyil: “Bundan ötrü İsrail Ermənistanla hər cür əlaqələrə girə bilər. Buna heç kəsin şübhəsi olmamalıdır.

 

Bundan əlavə İsrailin müstəqil dövlət kimi Ermənistanla əlaqələr qura biləcəyinin normal olduğunu vurğulayanlar, eyni fikirləri İrəvanla münasibətdə olan digər müstəqil dövlətlərə də nə üçün şamil etmədiklərinin fərqində olmalı deyillərmi?”    

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevin isə sözügedən məsələyə münasibəti belə oldu:

 

“Hələ 2020-ci ilə qədər dünyada hansı hadisələn baş verəcəyi, hansı proseslərin gedəcəyi, Ermənistanın, eləcə də tünd sirkəyə çevrilmiş İsrailin qalıb qalmayacağı sual altındadır: “Düşünürəm ki, son 5-6 ildə dünyanın mənzərəsində çox dəyişikliklər baş verəcək, dünya tablosunda rənglər dəyişəcək”.

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system