NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İcra hakimiyyətinin işçiləri tullantıları əcaib şəkildə daşıyır - VİDEO

Oxundu: 133
İcra hakimiyyətinin işçiləri tullantıları əcaib şəkildə daşıyır - VİDEO

Sosial şəbəkələrdə Səbail rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) işçilərinin rayonun Yusif bəy İbrahimli küçəsində sökülmüş ərazidəki yükləri qəribə şəkildə daşıması ilə bağlı videogörüntülər yayılıb.

İslaminSesi.info “Report”-a istinadən  xəbər verir ki, işçilərin hərəkəti ətrafda yaşayan insanların narahatlığına səbəb olub.

 

“Toz və əlavə səs-küy yaradılır, üstəlik, heç bir təhlükəsizlik qaydalarına riayət edilmir. Tikinti işi çox primitiv və qeyri-peşəkarlıqla aparılır. Elə bil daş dövrünün əmək fəaliyyətidir”, - deyə, sosial şəbəkə istifadəçilərindən biri qeyd edib.

 

Digər istifadəçi isə “fəhlələri işdən qovacaqlar, məsələ həll olunmuş olacaq”, - yazıb.

 

Səbail Rayon İcra Hakimiyyətindən “Report”a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system